Premyer Liqanın XI turu çərçivəsində səfərdə "Qarabağ"la qarşılaşacaq "Bakı" klubu bu gün səfər öncəsi sonuncu məşqinə çıxıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın təlim-məşq bazasında baş tutan məşqdə Fabio Luis Ramim zədə səbəbindən iştirak etməyib.
Fiziki terminlərlə başlayan məşq, topla hərəkətlərlə yekunlaşıb. Məşq bir saat davam edib. Saat 15:00-da səfərə çıxan “Bakı” Mingəçevirdə məskunlaşacaq və oyun günü Ağdama hərəkət edəcək.
Qeyd edək ki, turun mərkəzi oyunu sayılan “Qarabağ” – “Bakı” oyunu sabah saat 15:00-da Quzanlı qəsəbə stadionunda keçiriləcək.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer