Həkimlər Əfran İsmayılova səhv diaqnoz qoyublar

Həkimlər Əfran İsmayılova səhv diaqnoz qoyublar
XƏBƏR 27 Oktyabr 2011 / 18:27 2251
-  A +

"Qarabağ" klubunun yarımmüdafiəçisi Əfran İsmayılov Premyer Liqanın XI turu çərçivəsində sabah "Bakı" ilə keçiriləcək oyunda iştirak edəcək.

Bu barədə Qol.Az-ın müxbiri ilə söhbətində İsmayılov özü məlumat verib:

"Neftçi" ilə oyunda kiçik zədə aldığını bildirən Əfran həkimlərin ona səhv diaqnoz qoyduğunu bildirib:

"Neftçi" ilə oyundan sonra kiçik zədəm var idi. Ayağımda müəyyən ağrılar hiss edirdim. Tibbi müayinədən keçdim və həkimlər mənə səhv diaqnoz qoydular.

Onlar əzələmdə yırtıq olduğunu bildirdilər. Lakin sonradan tibbi müayinənin nəticələri Türkiyəyə göndərildi və zədəmin ciddi olmadığı ortaya çıxdı. Belə olan halda isə sabah "Bakı" ilə görüşdə iştirak edə biləcəyəm".


Son xəbərlər