Premyer Liqanın XI turunda paytaxtın "Neftçi" klubu öz meydanında "Turan"la qarşılaşacaq.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumatına görə, son çempion Tovuz təmsilçisini İsmət Qayıbov adına stadionda deyil, "Dalğa Arena"da qəbul edəcək.
Hava şəraitinin qeyri-stabil keçməsi üzündən Bakıxanov qəsəbə stadionunun yeni bərpa olunmuş ot örtüyünün sıradan çıxmaması üçün belə addım atılıb.
Premyer Liqanın XII turunun "Neftçi" və "Xəzər Lənkəran" komandaları arasında noyabrın 6-da keçiriləcək mərkəzi görüşü isə İsmət Qayıbov adına stadionda baş tutacaq.
Qeyd edək ki, oktyabrın 29-da keçiriləcək "Neftçi" – "Turan" matçı saat 15:00-da başlanacaq.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer