«Neftçi» ilə «Qarabağ» arasında baş tutan son çempionat oyunundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bəzi jurnalistlər tərəfindən tənqid olunur.
Hesabda 2:0 irəlidə olan «Qarabağ»ın sonradan öz qapısından üç top buraxaraq uduzmasına və etdiyi əvəzetməyə - Roşanın yerinə Qara Qarayevi daxil etdiyinə görə Qurbanova mətbuatda irad tutulur.
Məsələylə bağlı «Qarabağ» klubuun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.Az saytına açıqlama verib.
«Təəssüflər olsun ki, bəziləri sonuncu oyunda «Neftçi»yə məğlub olmağımızı Qurban Qurbanovla bağlayırlar. «Qarabağ»la «Neftçi» arasındakı oyun elə derbidir ki, burda hər dramatizm yaşana bilər. Guya Qurban müəllimin taktiki səhvlərinin qurbanı olmuşuq. Qurban Qurbanovlu «Qarabağ» ilk 2 ilində «Neftçi»yə qarşı keçirdiyi 8 oyunun heç birində uduzmamışdı. Bu futboldu, istənilən nəticə qeydə alına bilər. Roşanın Qarayla əvəzlənməsinin məğlubiyyətə səbəb göstərilməsi absurddu. Qolların dəyişiklikdən sonra vurulması məsələyə heç bir aiddiyyatı yoxdu. Məgər, Roşa müdafiəçidir ki, «Neftçi»nin hücumlarının qarşısını kəsirdi? Qalib gəldiyimiz oyunda mərkəzin daha gücləndirilməsi tam məntiqli addımdı. Statistikaya baxsanız, «Qarabağ» bu il qalib gəldiyi oyunların əksəriyyətində məhz Qarayla Namiqin yan-yanaşa oynadığı zaman qazanıb. 4 ildi hər kəs Qurbanovun taktiki müdaxilələrin uğurlu olmasında qeyd edir. Əgər «Qarabağ» qalib gəlsəydi, indi hər kəs Qurban Qurbanovun uğurlu əvəzetmələrindən danışırdı. Qara Azərbaycanın gələcəyi olan futbolçulardan biridir. Qurban Qurbanov ona şans verməklə, Azərbaycan futbolu naminə cəsarətli addım atır. Yenə də deyirəm, «Neftçi»ni udsaydıq heç kim bu əvəzetmədən danışmayacaqdı» - deyə Nurlan İbrahimov bildirib.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı