Premyer Liqanın 2011/2012-ci il mövsümündə sentyabr ayı üçün ən yaxşı futbolçusu müəyyənləşib.
Qol.Az-ın məlumatına görə, Unibank və PFL-in təşkilatçılığı ilə keçirilən tədbirdə bu mükafata "Neftçi" klubunun yarımmüdafiəçisi Rəşad Abdullayev layiq görülüb.
Premyer Liqada çıxış edən klubların baş məşqçiləri və kapitanları, həmçinin KİV nümayəndələri arasında keçirilmiş sorğunun nəticəsinə əsasən 30 yaşlı futbolçu bu nominasiyada bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, Abdullayevə 1111 manat məbləğində pul mükafatı da təqdim olunacaq.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer