Sabah Premyer Liqanın 11-ci turu çərçivəsində baş tutacaq “Xəzər Lənkəran” – “Kəpəz” matçı bugünə qədər Lənkəranda keçirilən sayca 4-cü qarşılaşma olacaq.
Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, “Xəzər Lənkəran” bu günə kimi üç dəfə öz meydanında “Kəpəz”i qəbul edib. 2004/2005 mövsümündə komanda 2:0 hesabı ilə gəncəlilərdən üstün olub, növbəti mövsümdə isə 1:1 hesablı heç-heçə qeydə alınıb.
Gəncə təmsilçisinin yüksək liqaya qayıdışı ilə yadda qalan ötən mövsümdə isə Mirça Rednikin komandası Lənkəranda 1:0 hesablı qələbə qazanıb. O matçda yeganə qolun müəllifi Allan Lalin olmuşdu.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer