"Barselona"nın daha bir futbolçusu sıradan çıxdı

"Barselona"nın daha bir futbolçusu sıradan çıxdı
XƏBƏR 27 Oktyabr 2011 / 13:57 1798
-  A +

İspaniya La Liqasının sonuncu turunda səfərdə "Qranada" ilə qarşılaşan "Barselona"nın daha bir futbolçusu sıradan çıxıb.

Qol.Az-ın məlumatına görə, matçın 56-cı dəqiqəsində zədələnən Pedro Rodriqez yerini David Vilyaya buraxmışdı.

Görüşdən sonra tibbi müayinədən keçən Pedronun ən azı 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Belə olan təqdirdə isə 24 yaşlı futbolçu La Liqanın və Çempionlar Liqasının qarşıdakı oyunlarını buraxmalı olacaq. 

Qeyd edək ki, Pedro ilə yanaşı, Karles Puyol və Xerard Pike də qarşıdakı oyunlarda "Barselona"ya kömək edə bilməyəcək.


Son xəbərlər