Türkiyənin Van vilayətində baş verən dəhşətli zəlzələ qurbanlarının xatirəsi təkcə Türkiyədə deyil, bütün dost ölkələrdə sayğı ilə anılır. Azərbaycan da bir qardaş ölkə kimi Türkiyənin yanında olduğunu bəyan edib, maddi və mənəvi dəstəyini əsirgəməyib.
Artıq iki turdur ki, qardaş ölkədə bütün futbol matçları 1 dəqiqəlik sükutla başlayır. Hətta İspaniya çempionatında çıxış edən türkiyəli futbolçuların klublarının oyunları sayğı duruşu ilə start götürüb. Lakin nədənsə, Azərbaycanda daxili futbol yarışlarında bu məsələyə elə də diqqət yetirilmir. Konkret, oktyabrın 25-də Unibank Premyer Liqasının I turundan təxirə salınmış “Neftçi” – “Qarabağ” matçında və oktyabrın 26-da keçirilmiş ölkə kubokunun təsnifat matçlarında zəlzələ qurbanlarının xatirəsi anılmayıb. Amma yenə gec deyil. Bu məqama ən azı türkiyəli futbolçu və mütəxəssislərimizin yer aldığı klublarımız ciddi yanaşa bilər. Hazırda yalnız Gəncənin “Kəpəz” klubunda türkiyəli legioner çıxış edir. Bu, Müəmmar Ərdoğdudur. “Kəpəz”i oktyabrın 28-də Premyer Liqanın XI turunda qəbul edəcək “Xəzər Lənkəran”da isə əvəzedici heyətin baş məşqçisi Cüneyt Biçər türkiyəlidir.
Lent.az saytı qarşıdakı turun oyunlarının, heç olmasa, “Xəzər Lənkəran” – “Kəpəz” matçının 1 dəqiqəlik sükutla başlaması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüsə Ərdoğdu və “Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyev də dəstək verib.
Türkiyəli legioner bildirib ki, artıq nəinki öz ölkəsinin komandalarının oyunları, hətta Mehmet Topalın çıxış etdiyi İspaniyanın “Valensiya” klubunun son iki görüşü 1 dəqiqəlik sükutla başlayıb: “Belə bir hal Azərbaycan çempionatında da olsaydı, hamı tərəfindən müsbət qarşılanardı. Yəqin ki, burada da faciəyə biganə qalmayıblar. Amma faciə qurbanlarının xatirəsinin oyunlar zamanı anılması mənim səlahiyyətlərimdə deyil. Bu barədə komandamızın rəhbərliyi ilə danışıb istəyimi çatdıra bilərəm. Güman edirəm ki, buna müsbət yanaşacaqlar”.
“Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyev isə deyib: “Bu, çox gözəl fikirdir. Biz Türkiyə ilə bir millət, iki dövlətik. Mən oyun öncəsi “Xəzər Lənkəran” rəhbərliyi və Peşəkar Futbol Liqası qarşısında bu məsələni qaldıracağam”.
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev isə oyunlara sayğı duruşu ilə başlamağın klubların özlərindən asılı olduğunu bildirib: “Bizim klublara belə bir göstəriş vermək ixtiyarımız yoxdur. Çünki bu, onların daxili işidir. Amma oyunlara 1 dəqiqəlik sükutla başlamaq istəsələr, biz də dəstəkləyərik”.
Qeyd edək ki, Vandakı zəlzələ oktyabrın 23-də baş verib. 7,2 ballıq təbii fəlakət nəticəsində 500-dən çox insan həyatını itirib.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər