“Nə qədər desək də ki, “Neftçi”yə məğlubiyyət unudulub, amma belə deyil. İstər-istəməz ürəkdə qalıb ki, bu oyunu udmalı idik. Ən azından həmin görüş heç-heçə bitməli idi. Ancaq istəməsək də, bu komandaya uduzduq. Belə alındı”.
Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Qarabağ”ın müdafiəçisi Maksi Medvedyev deyib.
“Qarabağ” Premyer Liqanın növbəti turu çərçivəsində sabah Quzanlıda “Bakı”nı qəbul edəcək. Həmin oyuna ciddi hazırlaşdıqlarını söyləyən Maksim qələbə qazanmaq istədiklərini söyləyib: “Qarşıdakı “Bakı” ilə çətin oyunumuz var. Matça ciddi hazırlaşırıq. Bizə 3 xal çox lazımdır. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq”.
Qeyd edək ki, milli komandamızın baş məşqçisi Berti Foqts qarşıdakı yoldaşlıq görüşləri üçün heyəti açıqlayıb. Bundan əvvəl olduğu kimi bu dəfə də Maksimin adı yığmaya dəvət alanların siyahısında yer almayıb. Müdafiəçi Foqtsun onu milliyə çağırmamasına da münasibət bildirib:
“Bilirsiniz necədir, Foqts mənə deyir ki, avrokuboklardan sonra yaxşı formada deyildin. Ancaq həmin vaxt mən özümü yaxşı hiss edirdim. Avrokubok matçlarının hər birində 90 dəqiqə oynayırdım. Fikirləşirdim ki, Foqts məni milliyə dəvət edəcək. Ancaq çağırmadı. Düzdür, zədələnəndən sonra məni yığmaya çağırmaması düzgün qərar idi. Çünki hardasa 10 gün məşq eləməişdim və formada deyildim. Ancaq bu gün mən yenə əvvəlki formamı bərpa eləmişəm. Çalışıram ki, daha da artırım. Millidə oynamağa hazıram.
Bu gün millidə elə futbolçular var ki, öz klublarında əsas heyətə düşə bilmirlər. Ancaq Foqts onları dəvət edir, məni isə çağırmır. Bilmirəm niyə. Foqts artıq gözümdən düşüb. Onun rəhbərliyi altında oynamaq istəyim əvvəlki kimi deyil. Ardıcıl olaraq yığmadan kənarda qalıb, sonra yenidən çağırılmaq adama təsir edir”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər