“Xəzər Lənkəran” klubunun sabiq futbolçusu Oktay Dərəlioğlu İngiltərənin “Blekbern” komandasında çalışacaq.
Qol.Az-ın “Akşam” qəzetinə istinadən verdiyi məlumata görə, Dərəlioğlu Premyer Liqa təmsilçisinin düşərgəsində “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin köməkçisi Tuqay Kərimoğlu ilə birgə işləyəcək.
Kərimoğlu 2001 - 2009-cu ullərdə “Blekbern”in futbolçusu olub. O, 1987 – 1999-cu illərdə çıxış etdiyi “Qalatasaray”dakı hazırkı vəzifəsindən səlahiyyətlərinin azaldılması səbəbindən ayrılmaq niyyətindədir.
İngiltərə klubunda ona əvəzedici heyət məşqçiliyi təklif olunub. “Blekbern” rəsmiləri ilə 2 dəfə görüşən Tuqay bu vəzifədə işləməyə razılıq verib. O, Dərəlioğlunu da özü ilə aparacaq.
Qeyd edək ki, Oktay Dərəlioğlu “Xəzər Lənkəran”da 2004-2005-ci il mövsümündə çıxış edib və 18 qol vurub.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer