UEFA İngiltərə millisi və “Mançester Yunayted”in hücumçusu Ueyn Runinin 3 oyunluq diskvalifikasiyasının səbəbləri ilə bağlı açıqlama vermək məsələsini təxirə salıb.
Qol.Az-ın məlumatına görə, qitə futbol qurumu bunu bir həfətdən tez edə bilməyəcəyini bildirib. UEFA prosesin gecikməsini futbolçunun 3 oyunluq cəzası ilə əlaqələndirib.
Xatırladaq ki, Runi Avro-2012-nin seçmə mərhələsinin Çernoqoriya ilə oyununda rəqib komandanın hücumçusu Miodraq Djüdjoviçə arxadan zrəbə endirdiyi üçün qırmızı vərəqə görmüş, daha sonra isə 3 oyunluq diskvalifikasiya olunmuşdu.
İngiltərə yığmasının baş məşçisi və Runi apelyasiyaya müraciət etmək üçün məsələni UEFA-nın qərarını ətraflı araşdırmaq istəyir. Ancaq qitə futbol qurumu hələlik cəzanın təfərrüatı ilə bağlı sözügedən şəxslərə rəsmi məlumat verməyib.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer