Sabah Premyer Liqanın ilk dövrəsinin son turunda “Qarabağ” “Bakı”nı qəbul edəcək. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, daim gərgin mübarizə ilə yadda qalan qarşıdurmanın startından 15 il ötür.
İlk dəfə “Qarabağ” o vaxtlar “Dinamo” adlanan komandayla 1996-ci ildə üz-üzə gəlib. Geridə qalan müddətdə tərəflərin ümumilikdə 38 görüşü baş tutub. Bu oyunların 4-ü kubok çərçivəsində olub. Maraqlıdır ki, qarşıdurmanın tarixçəsində demək olar ki, bütün rəqəmlər eynidi. Belə ki, Quzanlı qəsəbə stadionunda baş tutacaq 39-cu matçadək tərəflər hərəyə 13 qələbə qazanıblar. 12 görüşdə isə meydanda sülh qeydə alınıb. Qolların sayında da inanılmaz dərəcədə yaxınlıq var. İndiyə kimi “Qarabağ” 43 dəfə “Bakı”nı məyus etsə, də 42 dəfə topu qapısından çıxarmağa məcbur olub.
Ötən mövsüm tərəflərin qarşıdurmasında balans pozulmayıb. Ötən il oktyabrın 20-də Tofiq Bəhramov adına stadionda ev komandası statusunda çıxış edən “Qarabağ” Adamiyanın dublu sayəsində 2:0 hesablı qələbə qazanıb. Noyabrın 13-də isə bu dəfə eyni məkanda qonaq kimi oynayan Ağdam klubu eyni hesabla məğlub olub. Tərəflərin final mərhələsindəki oyunlarında isə qələbə qazanan olmayıb.
Bu il aprelin 14-də mərkəzi arenada qol səsi çıxmayıb. Mayın 1-də isə Suraxanıda qollu heç-heçə qeydə alınıb. Zaur Həşimovun avtoqolu və Vaqif Cavadovun fərqlənməsiylə 0:2 hesabı ilə hesabda geri düşən “Qarabağ” 2-ci yarıda Adamiya və Telinin qollarıyla status-kvonu bərpa edib.
Bütün “Qarabağ” – “Bakı” duelləri:
Mövsüm Nəticə
1996 - 97 1:1
1996 - 97 6:1
1997 - 98 0:1
1997 - 98 0:3
1998 - 99 0:2
1998 - 99 2:1
1998 - 99 0:0
1998 - 99 3:0
1999 - 00 0:1
1999 - 00 0:0
2000 - 01 0:1
2000 - 01 4:2
2001 - 02 1:0
2001 - 02 3:0
2003 - 04 2:1
2003 - 04 0:1
2004 - 05 2:0
2004 - 05 1:1
2005 - 06 3:2
2005 - 06 2:4
2005 - 06 0:0
2005 - 06 1:2
2006 - 07 0:0
2006 - 07 1:1
2007 - 08 1:1
2007 - 08 0:0
2008 - 09 0:2
2008 - 09 0:2
2008 - 09 2:1
2008 - 09 2:1
2009 - 10 1:0
2009 - 10 0:0
2009 - 10 0:2 Final Mərhələsi
2009 - 10 1:4 Final Mərhələsi
2010 - 11 2:0
2010 - 11 0:2
2010 - 11 0:0 Final mərhələsi
2010 - 11 2:2 Final mərhələsi
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər