Azərbaycanlı hakim-inspektora UEFA-dan təyinat
Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb.
Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, futzal üzrə UEFA kubokunun elit-raund mərhələsinin D qrupunda keçiriləcək oyunların hakim-inspektoru Murad Məmmədov olacaq.
Qeyd edək ki, İtaliyanın Padova şəhərində təşkil olunacaq bu qrupun oyunları noyabrın 17-dən 20-dək olan müddəti əhatə edəcək. Qrupda «Marka» (İtaliya), «Montesilvano» (İtaliya), «Slov-Matik» (Slovakiya) və «Uraqan» (Ukrayna) klubları mübarizə aparacaq.