Ukraynada təlim-məşq toplanışını davam etdirən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirəcək.
Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, yığmamız bu gün Bakı vaxtı ilə saat 18:00-da «Şaxtyor» (Donetsk) klubunun U-16 komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, millimiz bu komanda ilə artıq bir dəfə qarşılaşıb və məğlub olub.