"Arsenal" klubunun mərakeşli hücumçusu Maruan Şamak karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.
Qol.Az-ın məlumatına görə, "topçular"ın baş məşqçisi Arsen Vengerin artıq komandasında görmək istəmədiyi Şamakın Mahaçqalanın "Anji" klubuna keçəcəyi iddia olunur.
"Arsenla"a gəldiyi gündən bəri əsas heyətdə yer ala bilməyən 27 yaşlı futbolçu da Londonu tərk etmək niyyətindədir. Bu da hücumçu sarıdan əziyyət çəkən "Anji"nin işinə yarayır.
Qeyd edək ki, Şamakla həmçinin "Borussiya" (Dortmund), PSJ və "Marsel" klubları da yaxından maraqlanır.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer