İlya Kandelaki: “Bizim üçün rəqibin fərqi yoxdur”

İlya Kandelaki: “Bizim üçün rəqibin fərqi yoxdur”
XƏBƏR 26 Oktyabr 2011 / 18:35 1701
-  A +

“İnter”in gürcüstanlı müdafiəçisi İlia Kandelaki klubun rəsmi saytına müsahibə verib. Əvvəlcə “Qəbələ” matçı barədə danışan legioner futbolçu daha sonra Rəvan”la qarşıdan gələn oyunla bağlı fikirlərini açıqlayıb. Həmin müsahibəni təqdim edirik.

- Öncə “Qəbələ” ilə keçirilən matç barədə sənin fikirlərini öyrənmək istərdik?
 
- Oyun çox ağır alındı. Yaxşı ki, birinci hissədə qol vurmağı bacardıq, amma təəssüf ki, bu üstünlüyümüzü qoruya bilmədik. Qarşılaşma istənilən nəticəylə yekunlaşa bilərdi, axı hər iki komandanın qol vəziyyətləri oldu. Ancaq yekun nəticədə heç-heçə qeydə alındı və hesab edirəm ki, bu, bizim üçün münasib nəticədir.
 
- “İnter” son oyunlarını özünəməxsus yeni düzülüşdə keçirir, komanda özündə 3 mərkəz və hücumlarda cinah yarımmüdafiəçilərə çevrilən  2 cinah yarımmüdafiəçisini birləşdirən 5-4-1 qeyri-standart taktikaya uyğun oynayır. Bu sxemə uyğunlaşmaq çətin deyil ki?
 
- Bəli, bu düzülüş bizim üçün yenidir. Axı ötən mövsüm belə taktikayla bir neçə dəfə oynamışıq. Ən başlıcası odur ki, futbolçular belə düzülüşdə necə oynamağı anlasınlar və müdafiədən hücuma və ya əksinə, doğru şəkildə keçməyi bacarsınlar. Düşünürəm ki, oyunçular bu taktikanı məşqçinin tələb etdiyini anlayırlar və hesab edirəm ki, məşqçi belə düzülüşə kadr problemi hiss edən zaman əl atır.  Çox güman ki, vəziyyət normallaşandan və zədəli futbolçular heyətə dönəndən sonra bizim üçün adi olan taktikaya qayıdacağıq. Doğrusu, 4 və ya 5 müdafiəçilə oynamağın şəxsən mənim üçün heç bir fərqi yoxdur. Biz futbolçuyuq və istənilən sxemə uyğunlaşmağı bacarmalıyıq.
 
- Son zamanlar “İnter”i taktika komandası adlandırırlar. “Komandanın uğurunun məşqçi göstərişlərinin doğru şəkildə yerinə yetirilməsindən asılıdır” fikrilə razısanmı?
 
- Əlbəttə, belə vəziyyət bizim xeyrimizə işləyir. Axı futbolçular və məşqçi- eyni mexanizmin qarşılıqlı əlaqədə olan detallarıdır. Məşqçi komandaya rəhbərlik edir, bizi taktikayla tanış edir və futbolçulara onu doğru şəkildə yerinə yetirmək qalır. Məşqçi tələblərinin dəqiq yerinə yetirilməsi, sözsüz ki, komanda uğurunun əsasıdır.
 
- Qarşıda komandanı səfərdə son zamanlar pis olmayan, sürət götürən və turnir cədvəlində hiss ediləcək dərəcədə yüksələn “Rəvan”la oyun gözləyir. Növbəti rəqib barədə nə deyə bilərsən?
 
- Bizim üçün istənilən rəqib ciddir. Heç bir qiymət verməməkdən söhbət gedə bilməz və xüsusilə də son turlarda “Rəvan” çox yaxşı futbol sərgiləyir. Bizim üçün “Neftçi”yə və ya “Qarabağa”, eləcə də  “Rəvan”a qarşı oynamağımızın fərqi yoxdur. Bütün matçlara və rəqiblərə qarşı eyni səviyyədə köklənirik. Rəqibin oyununu eyni səviyyədə təhlil edirik və bütün oyunlara eyni səviyyədə hazırlaşırıq.
 
- Çempionatın X turu arxada qalıb. “İnter”in çıxışını necə dəyərləndirirsən?
 
- Doğrusu, mövsümün əvvəli bizim üçün o qədər də uğurlu alınmadı. İlk oyunlar komanda üçün mürəkkəb oldu. Ancaq sonra biz özümüzü toparladıq və öz oynumuzu tapdıq. Son matçlar bizim üçün uğurlu alındı. Xüsusilə “Xəzər-Lənkəran”a və “Neftçi”yə qarşı matçları qeyd etmək istərdim, elə “Qəbələ”yə qarşı son görüşdə də pis oynamadıq. Birinci dövrə özündə həm pis, həm də yaxşı anları birləşdirdi. Düşünürəm ki, ümumilikdə, komanda birinci dövrəni heç də pis başa vurmadı.

 


Son xəbərlər