“Mançester Siti” Tevezi cəzalandırdı
“Mançester Siti” rəhbərliyi uzun müddətdir gündəmdə olan Karlos Tevezin məsələsinə aydınlıq gətirib. Qol.Az-ın məlumatına görə, “şəhərlilər” argentinalı hücumçuya cəza veriblər.
Çempionlar Liqasının “Bavariya” ilə səfər oyununda meydana çıxmaq istəməyən Tevez 1 milyon funt məbləğində cərimələnib. Ulduz futbolçu klubla olan müqaviləsindəki 5 bəndi pozduğuna görə, belə ağır cəza alıb.
Qeyd edək ki, forvardın apelyasiya məhkəməsinə müraciət etmək üçün 2 həftə vaxtı var. O, müddət ərzində qərara etiraz edə bilər. Eyni zamanda Tevez ona iftira atıldığını əsas gətirərək, komandanın baş məşqçisi Roberto Mançinini məhkəməyə də verə bilər.