Sergey Ovçinnikov: “Azərbaycandan maraqlı təklif almışam”

Sergey Ovçinnikov: “Azərbaycandan maraqlı təklif almışam”
XƏBƏR 26 Oktyabr 2011 / 16:03 2708
-  A +

Rusiya futbolunun əfsanəsi, bir müddət öncə Belarusun “Dinamo” (Minsk) klubu ilə yollarını ayıran Sergey Ovçinnikov Azərbaycandan təklif alıb. Qol.Az-ın məlumatına görə, bu barədə veteran qapıçı rus mətbuatına açıqlamasında bildirib:

“Minsk”də işlədiyim vaxt Azərbaycandan çox maraqlı təklif almışdım. Bilmirəm, bu mövzuda danışmaq nə dərəcədə realdır, ancaq istənilən halda artıq yeni iş axtarışına başlayıram”.

Ovçinnikov Minsk “Dinamo”sundan ayrılma səbəbini isə belə izah edib: “Klub rəhbərliyinin qərarı mənim üçün gözlənilməz oldu. “Dinamo”nun göstərdiyi nəticələr bu komanda ilə əməkdaşlığımı davam etdirəcəyimdən xəbər verirdi. Çünki mən “Minsk”ə gələndə, klub 11-ci pillədə qərarlaşmışdı. İndi isə ikincilik uğrunda mübarizə aparır.

Ancaq rəhbərliyin istənilən qərarına hörmətlə yanaşmaq lazımdır. Ola bilsin, buna ya ölkənin maddi durumu, ya da mənim tez-tez Rusiyada işləmək istəyimlə bağlı verdiyim açıqlamalar səbəb olub”.

Son xəbərlər