Xavi “Barselona”nın tarixinə düşdü
“Barselona”nın kapitanı Xavi Ernandes kataloniya klubunun tarixinə düşüb. Qol.Az-ın məlumatına görə, 31 yarımmüdafiəçi dünən La Liqanın “Qranada” ilə səfər oyununda meydana çıxmaqla, yeni rekorda imza atıb.
Xavi komandasının heyətində 392-ci oyununu keçirib ki, bu da “Barsa”nın tarixində ən yaxşı göstərici olub. Əvvəlki rekord 391 matçda mərkəzi müdafiəçisi Migelə məxsus olub. O, 1973-88-ci illərdə Kataloniya təmsilçisinin heyətində çıxış edib. Xavi rekordunu qələbə qolu ilə qeyd edib.
Yarımmüdafiəçi 33-cü dəqiqədə fərqlənərək, komandasına 1:0 hesablı qələbə qazandırıb və onu ən azı 1 günlük turnir cədvəlində liderliyə yüksəldib.