Dünən I turdan təxirə salınmış oyunda `Neftçi`nin qonağı olan “Qarabağ” bu gün məşqə çıxıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, Tofiq Bəhramov adına respublika stadionunda məşq 11:30-da başlayıb.
Günorta yeməyindən sonra isə komanda Ağdama yollanacaq. Oktyabrın 28-ində Premyer Liqanın XI turunda “Bakı”nı qəbul edəcək Ağdam klubu 2 gün öncədən Quzanlıda məskunlaşacaq.
Xatırladaq ki, “Qarabağ” 2 aylıq fasilədən sonra Quzanlıda ev oyununu keçirəcək. Avqustun 27-si “Qəbələ” ilə baş tutan oyundan sonra Quzanlı Olimpiya kompleksi təmirə bağlanmışdı.
Qeyd edək ki, “Qarabağ” – “Bakı” matçı oktyabrın 28-i, saat 15:00-da keçiriləcək.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı