“Bakı” “Xəzər Lənkəran”ın seriyasını qırdı

“Bakı” “Xəzər Lənkəran”ın seriyasını qırdı
XƏBƏR 26 Oktyabr 2011 / 11:30 1722
-  A +

Azərbaycan Premyer Liqasının X turunda “Xəzər Lənkəran”ın uğurlu seriyalarının biri qırılıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, Azərbaycan çempionatlarında 21 matç idi ki, komanda 1 oyunda 2 və ya daha çox qol buraxmırdı. Buna sonuncu dəfə ötən il dekabrın 22-də təsadüf olunmuşdu. Lənkərana qonaq qismində gələn “Qarabağ” Mirça Rednikin komandasını 2:1 hesabı ilə məğlub edəndən sonra heç kim “Xəzər Lənkəran”a 1-dən artıq qol vurmurdu.

“Bakı” ilə matçda isə bu seriyaya son qoyuldu. 303 gün ərzində baş tutan 21 çempionat matçında 8 dəfə qapısını toxunulmaz saxlayan “Xəzər Lənkəran” digər 13 görüşün hərəsində 1 top buraxmışdı.
 
Qeyd edək ki, Rednikin rəhbərliyi altında keçirilən 42 çempionat oyununda cəmi 3-cü dəfədir 1-dən artıq qol buraxılır. “Bakı” və “Qarabağ”dan başqa “Gəncə” ilə səfər oyununda belə hal qeydə alınmışdı – 1:4.

 


Son xəbərlər