Karlos Tevezin cəzası bəlli oldu

Karlos Tevezin cəzası bəlli oldu
XƏBƏR 26 Oktyabr 2011 / 03:09 1850
-  A +

"Mançester Siti" klubu argentinalı hücumçusuna Karlos Tevezi cəzalandırıb.

Qol.Az-ın məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Bavariya" ilə oyunda meydana sonradan daxil olmaqdan imtina edən futbolçuya 1 milyon funt-sterlinq cəza tətbiq olunub.

Bu isə o deməkdir ki, 27 yaşlı futbolçu komandasında 4 həftəlik maaşını ala bilməyəcək. Üstəlik gələcəkdə belə halların təkrarlanacağı təqdirdə futbolçuya daha ağır cəza veriləcək.

Qeyd edək ki, Tevez iki həftə ərzində "Mançester Siti" rəhbərliyinin bu cəzasına etiraz bildirmək hüququna malikdir.


Son xəbərlər