Derbi öncəsi "Fənərbaxça"ya bir şad, bir bəd xəbər

Derbi öncəsi "Fənərbaxça"ya bir şad, bir bəd xəbər
XƏBƏR 26 Oktyabr 2011 / 00:01 2291
-  A +

Türkiyə Superliqasının növbəti turu çərçivəsində sabah "Beşiktaş"la qarşılaşacaq "Fənərbaxça" klubu bu oyunun hazırlıqlarını davam etdirir.

Qol.Az-ın məlumatına görə, uzun müddətdir zədədən əziyyət çəkən futbolçulardan Volkan Dəmirəl komanda ilə məşqlərə başladığı halda, Mehmet Topuzun hələ də sağalmadığı bildirilir. 

Qasıq nahiyyəsində ağrılar hiss etdiyini bildirən Topuz "Beşiktaş"la oyunu da buraxmalı olacaq. Artıq komandanın düşərgəsinə qayıdan Volkanın isə derbi matçında iştirak edəcəyi gözlənilir.

Son turda "Samsunspor"la oyunda çiyni çıxan İssar Dia isə ən azı bir ay yaşıl meydanlardan uzaq qalacaq. Bununla belə, futbolçunun əməliyyat olmasına ehtiyac duyulmayıb.

Qeyd edək ki, "Beşiktaş" - "Fənərbaxça" matçı sabah Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

 


Son xəbərlər