“Neftçi məşqlərini bərpa edir

XƏBƏR 25 Mart 2009 / 16:15 2376
-  A +

Son turda “Muğan” üzərindəki qələbədən sonra “Neftçi” futbolçularına verilən istirahətin müddəti bu gün başa çatıb. Qol.Az-ın məlumatına görə, bakılılar artıq baş məşqçi Böyükağa Ağayevin rəhbərliyi altında məşqlərə başlayıhlar. Bugünku hazırlıqda yalnız yerli futbolçular iştırak edəcəklər. Klubun legionerləri isə sabah düşərgədə olacaqlar. Yalnız dünya çempionatının seçmə oyunu səbəbindən Estoniya millisi ilə Ermənistana səfər edəcək Dmitri Kruqlov gələn həftə Bakıya dönəcək.


Son xəbərlər