Marviyk: "Türkiyə əsl futbol ökəsidir"

Marviyk: "Türkiyə əsl futbol ökəsidir"
XƏBƏR 25 Oktyabr 2011 / 19:00 2023
-  A +

Hollandiya milli komandasının baş məşqçisi Bert Van Marviyk DÇ-2014-ün seçmə mərhələsindəki rəqibləri Türkiyə yığması haqda danışıb.

Qol.Az-ın məlumatına görə, Marviyk Türkiyənin əsl futbol ölkəsi olduğunu bildirib:

"Türkiyə əsl futbol ölkəsidir. Futbol zamanı orada inanılmaz həyəcan olur. İllər öncə keçirilmiş "Fənərbaxça" - "Feynord" matçını hələ də unuda bilmirəm.

Oradakı atmosfer məni heyran etdi. DÇ-2014-ün seçmə mərhələsində Türkiyə ilə bir qrupa düşməyimiz də yaxşı oldu. Bu ölkədə futbolun çox sevildiyini bilirəm və inanıram ki, bu iki komanda arasında keçiriləcək oyunlar da gözəl və həyəcanlı olacaq".


Son xəbərlər