“Turan”ın futbolçuları Barselonaya gedəcək

“Turan”ın futbolçuları Barselonaya gedəcək
XƏBƏR 25 Oktyabr 2011 / 18:38 2132
-  A +

“Turan” ilə bolqar futbolunun əfsanəsi Xristo Stoiçkovun Barselonada yerləşən akademiyası arasında əldə olunmuş razılığa əsasən akademiyanın seleksiyaçıları Tovuza gedəcəklər.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, akademiyanın texniki direktoru Antonio Sançe Munos və Loze Luis Villar Berenque oktyabrın 30-dan noyabrın 1-dək “Turan”ın düşərgəsində olacaqlar.

Səfərin əsas məqsədi “Turan”ın futbol məktəbindəki 1996, 1997, 1998 və 1999-cu il təvəllüdlü uşaqlar arasında seleksiya işi aparmaq və 10 nəfər futbolçunu Stoiçkovun akademiyasına aparmaqdır. Uşaqlar orada müəyyən müddət təlim keçəcəklər.

Son xəbərlər