"Bu günkü oyun çox gözəl keçdi. İndiyə kimi "Qarabağ"ın müdafiəsində belə boşluqlara yol verildiyini görməmişdim".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi" ilə oyundan sonra "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib. Komandasının çıxışından narazı qaldığını söyləyən Qurbanov məğlubiyyəti taktiki gedişlə əlaqələndirməyib:
"Ümumilikdə komandamın oyunundan narazı qaldım. Məğlubiyyəti taktiki gedişlə əlaqələndirməzdim. 2:0 hesabı ilə öndə olsaq da, sonda "Neftçi" qələbə qazandı. Futbolda belə şeylər olur. "Neftçi" qələbəyə layiq idi".
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı