“Barselona”nın 9 futbolçusu “Qızıl top”a namizəddir

“Barselona”nın 9 futbolçusu “Qızıl top”a namizəddir
XƏBƏR 25 Oktyabr 2011 / 17:27 2334
-  A +

Sabah “Qızıl top” mükafatına namizədlərin adları açıqlanacaq. Qol.Az-ın məlumatına görə, mükafatın təsisçiləri olan FİFA və məşhur “France Football” nəşri 50 futbolçunun siyahısını açıqlayacaq.

Buna bir gün qalmasına baxmayaraq, artıq həmin siyahıya daxil olan bəzi futbolçuların adları məlum olub. Maraqlıdır ki, orada “Barselona”nın 9 üzvü Xavi Ernandes, Andreas İnyesta, Sesk Fabreqas, David Vilya, Karles Puyol, Xerard Pike, Lionel Messi, Daniel Alveş və Erik Abidalın adları yer alıb.

Yayda İtaliyanın “İnter” klubunu Rusiya “Anji”sinə dəyişən kamerunlu hücumçu Samuel Eto’O da “Qızıl top”a iddialıdır. İtaliyanın siyahıda yeganə təmsilçisi isə “Udineze”nin hücumçusu Antonio Di Natale olacaq.

Qeyd edək ki, mükafatın sahibinin adı dekabrın 5-də açıqlanacaq.


Son xəbərlər