Bolqarıstan millisinin yeni baş məşqçisi müəyyənləşib. Qol.Az-ın məlumatına görə, bundan sonra komandaya Lüboslav Penev başçılıq edəcək. O, bu postda Lotar Matteusu əvəzləyib.
Penev Bolqarıstan yığmasının başına keçmək üçün buna qədər çalışdırdığı “Liteks” klubu ilə müqaviləsini pozub. Artıq çalışdırıcı ilə federasiya arasında danışıqlar başlayıb və müsbət yekunlaşmaq üzrədir.
Xatırladaq ki, Bolqarıstan seçməsi Avro-2012-nin seçmə mərhələsində sonuncu pilləni tutduqdan sonra Matteus istefaya göndərilib.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı