"Mançester Siti"nin müdafiəçisi Kolo Ture qış transfer pəncərəsi dönəmində Fransaya gedə bilər.
Qol.Az-ın məlumatına görə, 30 yaşlı futbolçunun PSJ-yə keçəcəyi iddia olunur.
Ture PSJ-nin bu təklifinə belə münasibət bildirib: "Mançester Siti"də güclü rəqabət səbəbi ilə PSJ-nin təklifini müsbət qarşıladım.
PSJ artıq əvvəlki kimi deyil. Orada daha səviyyəli futbolçular çıxış edir. Əgər onlar məni həqiqətn öz komandalarında görmək istəyirsə, məmnuniyyətlə gedərəm".
Qeyd edək ki, Ture 2009-cu ildə "Arsenal"dan "Mançester Siti"yə transfer olmuşdu.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı