Rusiyada ənənəvi keçirilən “Birlik kuboku” turnirində yenilik tətbiq olunub. Qol.Az-ın məlumatına görə, 1993-cü ildən təşkil olunan yarışa bu dəfə klublar yox, postsovet məkanının ölkələrinin 21 yaşadək futbolçulardan ibarət yığmaları qatılacaq.
Özü də budəfəki turnir daha çox keçirilən Moskvada yox, bu il olduğu kimi Sankt-Peterbuqrda baş tutacaq. Bu dəfə yarış yanvarın 20-29-u aralığında olacaq.
Qeyd edək ki, “Birlik kuboku”nu 3 dəfə Azərbaycan klubları – 2006-cı ildə “Neftçi”, 2008-ci ildə “Xəzər Lənkəran”, 2011-ci ildə “İnter” qazanıb.
Yanvarda startı veriləcək yarışda isə ölkəmizi son çempion “Neftçi” təmsil etməli idi. Amma görünür, bu, “ağ-qaralara”a qismət olmayıb.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı