AFFA Elçin Məmmədovun qərarını ləğv elədi

AFFA Elçin Məmmədovun qərarını ləğv elədi
XƏBƏR 25 Oktyabr 2011 / 13:10 1777
-  A +

AFFA İntizam Komitəsinin qərarları açıqlanıb. Qol.Az-ın məlumatına görə, İK Premyer Liqanın son turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

X turun “Kəpəz” – “Neftçi” matçının 90+3-cü dəqiqəsində ev sahibi komandanın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün Gəncə klubu 2000 manat cərimə olunub.
 
AZAL – “Rəvan” matçında isə qonaq komandanın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib. Matçın 60-cı dəqiqəsində “Rəvan”ın futbolçusu Con Peluya simulyasiyaya görə sarı vərəqə göstərilmişdi. Lakin matçın video yazısını izlədikdən sonra adıçəkilən futbolçuya qarşı kobud oynanıldığı  və hakimin qərarının yalnış olduğu aşkar edilib. Bu səbəbdən də futbolçuya göstərilən sarı vərəqə ləğv olunub.
 
Son turun “Turan” – “Sumqayıt Şəhər” oyununda “Turan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə ödəyəcək.


Son xəbərlər