Madrid “Real”ı Özbəkistanda futbol akademiyası açır

Madrid “Real”ı Özbəkistanda futbol akademiyası açır
XƏBƏR 25 Oktyabr 2011 / 12:27 1715
-  A +

İspaniyanın “Real” klubu ölkə xaricində futbol akademiyaları açmaqda davam edir. Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, Madrid təmsilçisinin budəfəki hədəfi Özbəkistan olub.

Artıq klub rəsmilərindən Karlos Eskudero de Buron sözügedən ölkə ilə danışıqlar aparmaq üçün oraya yollanıb və Özbəkistan Futbol Federasiyasının preizdenti Mirebrar Usmanovla görüşüb. Bundan sonra medya qarşısına çıxan “Real” rəsmisi danışıqların müsbət nəticələndiyini və yaxın günlərdə bu yöndə fəaliyyətə başlayacaqlarını bildirib.

Qeyd edək ki, Özbəkistanın paytaxtı Daşkəntdə inşa olunacaq akademiya “kral klubu”nun 168-ci belə layihəsi olacaq. Hazırda ispanların dünyada 167 futbol akademiyası fəaliyyət göstərir. Bunların 103-ü Amerika qitəsinin, 43-ü Afrikanın, 6-sı Çinin, 5-i isə Avropanın payına düşür. Bu akademiyalarda isə ümumilikdə 30 mindən çox uşaq futbolun sirrlərinə yiyələnir.

Son xəbərlər