“Gözümdəki problemə görə futbolu atmaq istəmirəm”

“Gözümdəki problemə görə futbolu atmaq istəmirəm”
XƏBƏR 25 Oktyabr 2011 / 12:12 1567
-  A +

İtaliya millisi və “Milan”ın yarımmüdafiəçisi Cenaro Qattuzo 6 ay uaşıl meydanlardan kənarda qalacaq. Qol.Az-ın məlumatına görə, buna futbolçunun “Latsio” ilə oyunda gözündən ciddi zədə alması səbəb olub.

Ancaq Qattuzo müalicə prosesində boş oturmağı düşünmür. Hazırda bir gözü sarğıda olmasına baxmayaraq, yarımmüdafiəçi məşqlərdə iştirak edəcəyini bildirib:

“Latsio” ilə oyun sanki kabus idi. Özümü sərxoş kimi hiss edirdim. Elə bil meydançada 4 İbrahimoviç var idi. Ancaq gözümdəki problemə görə futbolu atmaq istəmirəm. Müalicəm başa çatandan sonra oynaya biləcəmş. Ancaq müalicə prosesində həkimlər məşq edə biləcəyimi söyləyiblər. Ona görə də məşqlərimi davam etdirəcəm”.

Son xəbərlər