Böyükağa Hacıyev: «Mənim heç vaxt jurnalistlərlə problemim olmayıb»

Böyükağa Hacıyev: «Mənim heç vaxt jurnalistlərlə problemim olmayıb»
XƏBƏR 25 Oktyabr 2011 / 11:35 1382
-  A +

«Neftçi» klubunun baş məşqçisi Böyükağa Hacıyev son vaxtlar mətbuatda ona qarşı olan hücumlarla bağlı açıqlama verib.

B.Hacıyev Qol.Az-ın müxbirinə bildirib ki, onun jurnalistikada, xüsusilə idman jurnalistikasında yaxın dostları var: «Mənim heç vaxt idman jurnalistləri ilə problemim olmayıb. Sadəcə olaraq, bu gün çox təəssüf ki, müəyyən intriqa yaradan insanlar də var. Amma mən bunu istəməzdim. Əlbəttə, mən onun tərəfdarıyam ki, həmişə məşqçilərin və komandanın işi ədalətli təhlil olunsun».

B.Hacıyev qeyd edib ki, son vaxtlar baş verən olaylarla hər hansı səhvi varsa, yanlış ifadələr işlədibsə, üzr istəməyə hazırdır: «Çünki mən hər zaman hər bir olayı düzgün dəyərləndirən insan olmuşam».


Son xəbərlər