“İmarət” fan klubu Premyer Liqanın I turundan təxirə salınmış "Neftçi" - "Qarabağ" qarşılaşmasına Rövşən Əhmədovun təyinat alması ilə bağlı bəyanat yayıb.
Qol.Az-ın məlumatına görə, həmin müraciətdə Rövşən Əhmədovun artıq 9-cu dəfə “Qarabağ”ın oyununa təyinat almasına etiraz bildirilib.
Müraciətdə deyilir: “Son illər şübhəsiz, ölkəmizdə ən baxımlı futbol nümayiş etdirən və qələbələri ilə bütün ölkə ictimaiyyəti sevindirən komanda “Qarabağ”dır. Bununla yanaşı, “Qarabağ” klubunun futbol ictimaiyyətində yersiz etirazlarla, bəhanələrlə və digər reklam xarakterli səs-küylə gündəmə gəlmədiyinin də hər birimiz şahidiyik.
Elə komandamızın uğurlarının da başlıca səbəbi kimi bunu qeyd etməliyik. İstər futbolçularımız, istər baş məşqçimiz, istərsə də idarə heyətimiz hər zaman provakasiyadan və söz-söhbətdən kənar olmuş və belə stiuasiyalarda barışdırıcı mövqe tutub.
Bu gün Premyer Liqanın I turunun təxirə salınmış “Neftçi” – “Qarabağ” qarşılaşmasına Rövşən Əhmədovun hakim təyin olunması bizi, “Qarabağ” azarkeşlərini narahat etməyə bilməz. “Neftçi” – “Qarabağ” oyunları tarixən qızğın keçmiş və bu matçların nəticəsi ölkə çempionatının taleyində önəmli rol oynayıb. Hakim Rövşən Əhmədov artıq 9-cu dəfədir ki, bu qarşılaşmaya təyinat alır. Biz dəfələrlə Rövşən Əhmədovun idarə etdiyi “Neftçi” – “Qarabağ” oyunlarında neqativ hallara rast gəlmişik.
Dünya praktikasından da bizə məlumdur ki, hər hansı bir hakimin bir neçə dəfə eyni komandaların oyununda neqativ hallara yol verməsi sonda həmin referinin bu komandaların oyununa təyinat almaması ilə nəticələnir. Doğrudur, bəlkə də bu məsələnin bizim işimiz olmadığını düşünəcəksiniz.
Ancaq “Qarabağ”ın bu ilki çempionluq iddiasına və turnir cədvəlinə diqqətlə nəzər yetirsəniz, bizim narahatçılığımızı anlaya bilərsiniz. Artıq “Qarabağ”ımız bir oyun az oynamaqla turnir cədvəlində 3-cü yerdə qərarlaşır. “Neftçi” komandası da bu il çempionluq iddiasındadır və bu matçı öz meydanında oynayır. Bu məqamlar oyunun nə qədər önəmli olduğunun göstəriciləridir.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər