İvan Saenko: “Azərbaycanla oyunda erkən qol vurmalıyıq”

XƏBƏR 25 Mart 2009 / 15:16 2502
-  A +

“İndi dünyada zəif, asan keçiləcək komanda qalmayıb”. Qol.Az-ın məlumatına görə bu sözləri Azərbaycanla matç öncəsi Rusiya milli komandasının hücumçusu İvan Saenko deyib. O, istənilən rəqibə hörmətlə yanaşmağın vacibliyini bildirib: “Hər rəqibi ciddiyə almalı və ona qarşı yüksək əhval-ruhiyyə ilə meydana çıxmalısan. Qarşındakı komandadan qorxmamalı, sadəcə, ona hörmət etməlisən. Yalnız bu halda 3 xalı aktivinə yaza bilərsən Azərbaycanla oyunda ilk növbədə çalışmalıyıq ki, erkən qol vuraq. Bunu bacarsaq, işimiz asan olacaq. Hazırda əla formadayam və şənbə günü keçiriləcək matça tam hazıram”.


Son xəbərlər