Aleks Fergüsson: “Hələ də şokdayam”

Aleks Fergüsson: “Hələ də şokdayam”
XƏBƏR 24 Oktyabr 2011 / 17:24 2075
-  A +

Doğma meydanda “Mançester Siti”yə böyük hesabla məğlub olan “Mançester Yunayted”in baş məşqçisi Ser Aleks Fergüsson oyundan sonra maraqlı açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə, futbolçu və məşqçilik karyerası ərzində belə ağır məğlubiyyət almadığını söyləyən şotlandiyalı mütəxəssis şokda olduğunu bildirib. Fergüsson hələ də məğlubiyyətə inanmadığını bildirib:

“Hələ də inana bimirəm ki, biz bu cür hesabla məğlub olduq. Özümü çox pis hiss edirəm. Hələ də şokdayam. Futbolçu karyeram da daxil olmaqla, məşçilik etdiyim heç bir komandada belə vəziyyətə düşməmişdim. Bizim üçün çox ağır oldu. Amma yenidən ayağa qalxa bilərik”.

Qeyd edək ki, dünən “Old Trafford”da baş tutan derbidə “Mançester Siti” “mankunyanlar”ı 6:1 hesabı ilə darmadağın edib.

Son xəbərlər