Cavid Hüseynov: "Neftçi" indi lider olmalıydı"

Cavid Hüseynov: "Neftçi" indi lider olmalıydı"
XƏBƏR 24 Oktyabr 2011 / 15:22 1508
-  A +

"Neftçi" indi lider olmalıydı. İtirilmiş xallara baxsaq, əminliklə belə deyə bilərəm".

Bu sözləri "Neftçi" klubunun futbolçusu Cavid Hüseynov Qol.Az-a açıqlamasında deyib:

Hüseynov daha sonrakı açıqlamalarında son turlarda məhz hakim səhvləri ucbatından məğlub olduqlarını iddia edib: "Xəzər Lənkəran", "İnter" oyunlarında hakim səhvləri ucbatından xal itirdik. “Kəpəz”lə görüşdə isə vurduğum qolu qeydə almadılar.

Həmin anda oyundan kənar vəziyyətdə deyildim. Bunu hər kəs bilir. Bəs niyə danışmırlar? Başa düşürəm, hakim də səhv edə bilər. Lakin “Neftçi” leyhinə hakimin kiçik səhvini şişirdib, saatlarla müzakirə edirlər. “Kəpəz”ə vurduğumuz, lakin qeydə alınmayan qol haqda isə danışan yoxdu".


Son xəbərlər