Amit Quluzadənin komandası liderliyə yüksəldi

Amit Quluzadənin komandası liderliyə yüksəldi
XƏBƏR 24 Oktyabr 2011 / 18:06 2309
-  A +

Türkiyə Bank Asya birinci liqasında bu gün keçiriləcək iki oyunla VIII tura yekun vurulub. Qol.Az-ın məlumatına görə, milli komandamızın üzvü Amit Quluzadənin şərəfini qoruduğu “Kayseri Ərciyyəspor” bu gün doğma meydanda “Giresunspor”la qarşılaşıb və son dəqiqlərdə vurduğu qolla qələbə qazanıb.

Buna qədər turnir cədvəlinin 7-ci pilləsində qərarlaşan Kayseri klubu bu nəticə ilə turnir cədvəlində liderliyə yüksəlib.

Qeyd edək ki, bundan əvvəlki turlarda komandasının əsas heyətində yer alan Amitin bugünkü görüşdə də ilk “11”likdə meydana çıxacağı gözlənilsə də, bu baş verməyib. Ancaq "Kayseri Ərciyyəspor"un baş məşqçisi Fikrət Yılmaz 59-cu dəqiqədə həmyerlimizi meydana buraxıb.

Bank Asya I liqa, VIII tur

24 oktyabr (bazarertəsi)

16:00. “Kayseri Ərciyyəspor” – “Giresunspor” - 1:0
Qol:
Vilim Posinkoviç, 89


Son xəbərlər