Sabah Premyer Liqanın I turundan təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu keçiriləcək. Qol.Az-ın məlumatına görə, bütün çempionatların iştirakçısı olan tərəflər tarixlərində 57-ci, çempionatlarda isə 45-ci dəfə qarşılaşaqlar. “Neftçi” – “Qarabağ” duelləri ilə bağlı maraqlı faktları təqdim edirik:
Statistika:
* İndiyə kimi tərəflər arasında 56 oyun keçirilib
* 56 oyunun 44-ü çempionatda, 12-si isə kubokda baş tutub
* Hər 2 klub bütün çempionatların iştirakçısı olsa da, 1993-cü ildə baş tutan 2-ci çempionatda tərəflər reqlamentlə əlaqədar üz-üzə gəlməyiblər
* Çempionatda tərəflər hərəyə 12 qələbə qazanıb. 2000/2001 mövsümündə “Neftçi”yə 3:0 hesablı texniki qələbə verilib
* “Qarabağ” kubokda 5 dəfə qələbə qazansa da, “Neftçi” 3 dəfə qələbəyə sevinib.
* 56 oyunda “Neftçi” 50, “Qarabağ” isə 42 qol vurub
* “Qarabağ” səfərdə “ağ-qara”lara 2006-cı ilin fevralın 16-da məğlub olduqdan sonra ötən ilin noyabrın 28-nə kimi 1873 gün 11 oyunda uduzmamaqla ən uğurlu seriyanı əldə edib
* “Qarabağ” – “Neftçi” duellərində ən çox qol vuran futbolçu Müşfiq Hüseynovdur (8)
* “Neftçi”nin heyətində “Qarabağ”a ən çox qol vuran Qurban Qurbanovdur (5)
* Hazırda isə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, köməkçisi Müşfiq Hüseynovdur
* Nazim Əliyev, Georgi Adamiya, Tərlan Əhmədov, Vidadi Rzayev hər 2 komandanın heyətində fərqlənən futbolçulardır
* Səttar Əliyev “Neftçi”yə qol vurmaqla yanaşı, bir oyunda avtoqola da imza atıb
* Duellər tarixində 2-ci avtoqola isə Elxan Müslümov imza atıb (“Qarabağ”)
* Duellər ərzində tərəflər hərəyə 2 dəfə (“Qarabağ” - Mehman Alışanov, Emin Salmanov. “Neftçi” - Qurban Qurbanov, Yunis Hüseynov) penaltidən qola sevinsələr də, mayın 13-ündə Adamiya fərqlənməklə “Qarabağ”ı bir addım önə çıxarıb.
* Adamiya eyni zamanda duellər tarixində het-trik edən yeganə futbolçudur. 30 yaşlı forvard sabiq komandasına 3 qol vurmaqla “Qarabağ”ın “Neftçi” üzərində yeganə böyükhesablı qələbəsini qazandırıb.
* “Neftçi” də cəmi bir dəfə bunu bacarıb. 2000-ci ilin noyabrın 4-də Respublika stadionunda “ağ-qara”ların 4:0-lıq qələbəsi qeydə alınıb.
* Həmin çempionatda “Qarabağ”ın heyətində lisenziyası olmayan futbolçular meydana çıxdığına görə “Neftçi”yə texniki qələbə verilib.
* “Neftçi”yə ötən mövsümkü məğlubiyyətə qədər “ağ-qara”lar “Qarabağ”ı yendiyi zaman (27 aprel 2007, 0:2) baş məşqçisi Qurban Qurbanov olub. Qollardan birinə isə hazırda `Qarabağ`ın şərəfini qoruyan Adamiya imza atıb.
* Tərəflər arasında mücadilə ən çox 2003/04 mövsümündə azarkeş toplayıb (15500)
* “Qarabağ” – “Neftçi” arasında sadəcə 1 oyunda vərəqə göstərilməyib. Həmin oyundan 11 il keçir
* İndiyə kimi derbidə 9 qırmızı vərəqə göstərilib
* Aslan Kərimov 2 dəfə meydanı vaxtından əvvəl tərk etməklə liderdir
* Qırmızı vərəqə alanlardan Arif Əsədov “Neftçi”nin baş məşqçisi olub, Elçin Rəhmanov isə hazırda Qarabağ`ın məşqçisidir
* Hazırda 7 futbolçu hər 2 komandanın heyətində top qovub
* Tərəflər ən çox Respublika stadionunda qarşılaşıblar: 27 dəfə
* İndiyə kimi tərəflər 5 şəhər, 4 qəsəbə, 11 stadionda üz-üzə gəliblər
* Derbini ən çox Xəqani Məmmədov (11), Rövşən Əhmədov (8) Vüsal Əliyev (7) idarə ediblər.
Mənbə: qarabagh.com
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər
PSJ-nin qapıçısı Portuqaliya klubuna keçdi
"Qərar hansı əsasla ləğv edildi?" - Tomas Tuxel
"Milan"ın oyunçusu sıradan çıxdı
Millinin baş məşqçisindən rəqib oyunçuya qeyri-etik ifadə
"Sumqayıt"ın rəqibləri bilindi
"Üzərimizdə böyük məsuliyyət var" - Valdas Dambrauskas
Arne Slot Niderland millisinin baş məşqçisi ola bilər
Musiala əməliyyat olundu
Felipe Luisin təyinatı açıqlandı - Rəsmi
15 gün əvvəl müqaviləni yenilədiyi "Qəbələ"dən ayrıldı
“Zirə”nin rəqibindən transfer
“Kamilo Duranın transfer danışıqlarında irəliləyiş var”
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Premyer Liqa klubunda yeni baş məşqçi
“Tottenhem” tarixinin ən bahalı transferi oldu
“Zirə” - “Torpedo” oyununun biletləri satışa çıxarılır
TNS-in baş məşqçisindən "Sabah" haqda - Açıqlama
Norveç şahzadəsi Haalandla görüşdü
Belçika Futbol Assosiasiyası FİFA-nın qərarından şoka düşüb
Azərbaycandan getdi, Tayland klubuna keçdi
"Futboldan başı çıxmayan iki adam..." - Kloppdan sərt sözlər
Keyn mundiallar tarixinə belə düşdü
Seneqal millisinin liderləri arasında münaqişə
Azərbaycan klublarının avrokuboklar mövsümü başlayır
İngiltərə millisinin futbolçusu qələbə sevincində zədələndi
Bellinqem "ən yaxşı" seçildi
Bombardirlik yarışında “amansız mübarizə”
“Vikinq gəmisi” dayanmır! - Video
DÇ-2026: 1/4 finalın ilk iki cütü müəyyənləşib
Haaland matçın ən yaxşısı seçildi
Karluş Keyruş Qana millisindən ayrıldı
DÇ-2026: Norveç Braziliyanı dayandırdı
Braziliya millisində 40 ilin antirekordu