Böyükağa Hacıyev: "Neftçi"də əvəzolunmaz futbolçu yoxdur"

Böyükağa Hacıyev: "Neftçi"də əvəzolunmaz futbolçu yoxdur"
XƏBƏR 24 Oktyabr 2011 / 13:20 1571
-  A +

"Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev Elmar Baxşıyevin cəzalandırılması ilə bağlı fikirlərini bildirib:
 
Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına müsahibə verən Hacıyev bu haqda belə danışıb: "Gəncə" ilə qarşılaşmadan öncə oyun praktikasını artırmaq üçün qərara aldıq ki, Elmar Baxşıyevi əvəzedici heyətə göndərək. Amma futbolçu əvəzedici heyətdə nəinki oynamaq istəmədi, məşq prosesinə qatılmaqdan da imtina etdi.

"Neftçi" klubunda əvəzolunmaz futbolçu yoxdur. Biz də öz işimizdə hər zaman nizam-intizam məsələlərini daha üstün tuturuq. Ona görə də Elmar Baxşıyevin cəzalandırılması ilə bağlı klub rəhbərliyinə müraciət etdim. Klubun daxili intizam kodeksinə əsasən Elmar Baxşıyev cəzalandırıldı".

Son xəbərlər