Ruslar Vaqif Cavadovun oyununa qiymət verdilər

Ruslar Vaqif Cavadovun oyununa qiymət verdilər
XƏBƏR 24 Oktyabr 2011 / 11:29 1931
-  A +

Rusiya mətbuatı ölkə çempionatının “Krasnodar”la oyunundan sonra “Volqa” klubunun futbolçularının çıxışını qiymətləndirib.

Qol.Az-ın məlumatına görə, ruslar Nijni-Novqorod təmsilçisinin şərəfini qoruyan milli komandamızın hücumçusu Vaqif Cavadova bu dəfə daha yüksək qiymət veriblər.

22 yaşlı futbolçunun oyunu 5,5 balla qiymətləndirilib ki, bu da “Volqa” futbolçularına verilən ən yüksək baldır. Vaqiflə yanaşı, komandanın daha 5 üzvü bala layiq görülüb.

Qeyd edək ki, “Volqa”nın son turda “Krasnodar”a 0:2 hesabı ilə məğlub olduğu oyunda Cavadov 66-cı dəqiqədə meydana daxil olmuşdu.

Son xəbərlər
02.07.25  14:35

PFL 17 yaşında