Vüqar Nadirov və Nderim Nedzipi məşqlərə başladı

Vüqar Nadirov və Nderim Nedzipi məşqlərə başladı
XƏBƏR 24 Oktyabr 2011 / 10:46 1476
-  A +

“Qarabağ” “Neftçi” ilə keçirəcəyi derbinin hazırlıqlarına dərhal başlayıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, cümə günü Zaqatalada “Simurq”la qarşılaşan komanda Bakıya qayıdan kimi ilk məşqə çıxıb. Şənbə günü baş tutan çalışma bərpaedici xarakter daşıyırdısa, dünən komandaz 90 dəqiqəlik məşq keçib.

Sabah premyerliqanın ilk turundan təxirə salınmış oyunda “Neftçi”nin qonağı olacaq “Qarabağ” bu gün 1 saatlıq məşqlə hazırlığını tamamlayacaq. “Simurq”la oyunda zədə səbəbindən oyuna çıxmayan Qara Qarayev hazırdısa, eyni səbəbdən Zaqatalaya aparılmayan Vüqar Nadirov və Nderim Nedzipi artıq komandayla məşqə çıxır.

Son xəbərlər
02.07.25  14:35

PFL 17 yaşında