Fabio Kapelloya Qətərdən fantastik təklif

Fabio Kapelloya Qətərdən fantastik təklif
XƏBƏR 24 Oktyabr 2011 / 02:33 1925
-  A +

İngiltərə milli komandasının baş məşqçisi Fabio Kapelloya Qətərdən fantastik təklif gəlib.

Qol.Az-ın məlumatına görə, AÇ-2012-nin final mərhələsindən sonra karyerasını baş vuracağını açıqlayan Kapello Qətər futboluna yardımçı olmağa dəvət olunub.

Hazırda Qətərin yerli çempionatı olmadığından ölkənin başbilənləri bu sahədə onlara kömək olmaq üçün italiyalı mütəxəssisə 35 milyon avro təklif ediblər.

2022-ci il dünya çempionatının keçiriləcəyi Qətərdə ölkə futbolunun inkişafı üçün Kapello ilə yanaşı, daha bir neçə tanınmış mütəxəssisə dəvət göndəriləcəyi bildirilir.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner