Millimizin hücumçusu oynamadı, komandası darmadağınla üzləşdi

XƏBƏR 24 Oktyabr 2011 / 01:46 1487
-  A +

Azərbaycan millisinin hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu "Sivasspor" klubu Superliqanın VII turu çərçivəsində növbəti görüşünü keçirib.

Qol.Az-ın məlumatına görə, Cihanın komandası bu tur səfərdə "Kayserispor"un qonağı olub.

Lakin görüş Sivas təmsilçisi üçün uğursuz alınıb. İlk hissədə qapısında 2 top görən "Sivasspor" fasilədən sonra daha 4 dəfə oyuna mərkəzdən başlamalı olub.

Nəticədə 2:6 hesabı ilə darmadağın olan "Sivasspor" turnir cədvəlinin 12-ci pilləsinə enir. Bu oyunda Cihanın oynaması gözlənilsə də millimizin üzvü ilk "18-liy"ə belə salınmayıb.


Son xəbərlər