Vaqif Sadıqovun komandası CSKA-ya qarşı

Vaqif Sadıqovun komandası CSKA-ya qarşı
XƏBƏR 23 Oktyabr 2011 / 12:08 1456
-  A +

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqovun da çalışdığı Rusiyanın “Anji” klubu bu gün Premyer Liqada növbəti görüşünə çıxacaq.

Qol.Az-ın məlumatına görə, Mahaçqala təmsilçisi bu dəfə öz meydanında Moskva CSKA-sı ilə qarşılaşacaq.

Hazırda 42 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşan “Anji” qələbə qazanacağı təqdirdə bir qədər irəliləyə bilər. Çempionluq uğrunda mübarizə aparan CSKA isə ən azı “Zenit”lə arasındakı xal fərqini saxlamaq üçün bu görüşdə qələbə qazanmalıdır.

Qeyd edək ki, “Anji” – CSKA matçı Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.


Son xəbərlər
02.07.25  14:35

PFL 17 yaşında