“Biz “altılıq”, onlar isə çempionluq uğrunda mübarizə aparır”

“Biz “altılıq”, onlar isə çempionluq uğrunda mübarizə aparır”
XƏBƏR 22 Oktyabr 2011 / 18:06 1671
-  A +

“Böyükağa müəllimin güclü məşqçi olduğunu bilirdik. “Neftçi” kimi güclü komanda ilə oyunun çətin keçəcəyini düşünürdük. Ona görə də bu oyuna çox yaxşı hazırlaşmışdıq”.

Qol.Az-ın məlumatına görə, bu fikirləri “Neftçi” ilə oyundan sonra təşkil olunmuş mətbuat konfransında “Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyev səsləndirib. Fərqli hədəflər uğrunda mübarizə apardıqlarını söyləyən Allahverdiyev sonda “Nefçi”yə uğurlar arzulayıb:

“Deməzdim ki, istər “Neftçi”, istərsə də “Kəpəz” iki xal itirdi. Biz “altılıq”, onlar isə çempionluq uğrunda mübarizə aparır. Çoxlu qol imkanlarımız oldu, amma istifadə edə bilmədik. “Neftçi” komandasına və Böyükağa müəllimə uğurlar arzulayıram”.

Son xəbərlər
02.07.25  14:35

PFL 17 yaşında