Karvalyo “Fənərbaxça”nın arzusunu gözündə qoydu

Karvalyo “Fənərbaxça”nın arzusunu gözündə qoydu
XƏBƏR 22 Oktyabr 2011 / 12:34 2006
-  A +

“Real”ın portuqaliyalı müdafiəçisi Rikardu Karvalyo haqqında gəzən söz-söhbətlərə son nöqtəni qoyub.

Qol.Az-ın məlumatına görə, adı tez-tez “Fənərbaxça” və bir neçə digər Avropa klubları ilə hallanan futbolçu “qalaktikos”la olan müqaviləsinin müddətini daha bir illiyinə uzadıb. Bu xəbəri komandanın baş məşqçisi Joze Mourinyo da təsdiqləyib.

Xatırladaq ki, Karvalyonun hazırkı müqaviləsi 2012-ci ilin yayında başa çatacaqdı. Ancaq Madriddə özünü rahat hiss edən müdafiəçi bu müddəti daha bir uzadıb. Hətta anlaşmanın şərtlərində belə bir bənd var ki, saziş daha bir il müddətinə artırıla bilər.

Son xəbərlər