Premyer Liqada bugün və sabahkı oyunlar canlı yayımlanmayacaq

XƏBƏR 22 Oktyabr 2011 / 12:28 8784
-  A +

Futbol azarkeşləri Premyer Liqanın X turu çərçivəsində bu gün və sabah baş tutacaq oyunları efir vasitəsilə izləyə bilməyəcəklər.

Qol.Az-ın məlumatına görə, "Kəpəz" - "Neftçi", AZAL - "Rəvan" (bugün), eyni zamanda sabah keçiriləcək "Turan" - "Sumqayıt Şəhər" və "İnter" - "Qəbələ" matçları telekanallar vasitəsilə canlı yaımlanmayacaq.

Xatırladaq ki, bu turun cəmi bir oyunu – dünən keçirilən “Bakı” – “Xəzər Lənkəran” matçı “İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanıb.

Son xəbərlər